“Bakı Metropoliteni” QSC-nin vəfat edən keçmiş rəisi Tağı Əhmədovun qəbirüstü abidəsi hazırlanıb.
Ölkə.az Manset.az-a istinadən məlumatına görə, Əhmədovun qəbirüstü abidəsi bahalı Ukrayna daşından ərsəyə gətirilib.
"Tolkovski" adlanan mərmər növündən hazırlanan abidənin təxmini qiyməti 25 min manatdır.
Qeyd edək ki, Tağı Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni"nin rəisi vəzifəsində çalışıb. O, uzun sürən xəstəlikdən sonra ötən ilin 18 oktyabr tarixində vəfat edib və Bakıda dəfn edilib.