Gədəbəydə 67 yaşlı kişi intihar edib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Miskinli kəndində qeydə alınıb. Belə ki kənd sakini - 1958-ci il təvəllüdlü Əkbər Bayramov özünə məxsus evin həyətində yerləşən tövlədə özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.