Hollivudun iki ən böyük ulduzu Nikol Kidman və Sandra Bullok 1998-ci ildə çəkilmiş "Praktik sehr" adlı romantik fantastik filmin davamı üçün yenidən bir araya gəlir. Filmdə Salli və Cilian Ovens bacılarını canlandıran aktyorlar 26 ildən sonra eyni rolları canlandırmağa hazırlaşırlar.
Kulis.az xəbər verir ki, filmin ssenarisini 1998-ci ildə çıxan ilk filmin həmmüəllifi Akiva Qoldsman yazır.
Qeyd edək ki, sonuncu dəfə "Netfliks"də yayımlanan "Mükəmməl Cütlük" serialında Nikol Kidmanla uğurlu işə imza atmışdı. "Praktik sehir" ilk dəfə yayımlanarkən 68,3 milyon dollar gəlir əldə etmiş və 75 milyon dollarlıq büdcəsini qarşılamamış, sonda kült klassikaya çevrildi.