RU

Naxçıvanda gənclər arasında intellektual yarış keçirilib

Naxçıvan, 28 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq, “Gənclər həftəsi” çərçivəsində intellektual yarış keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununda 7 komanda iştirak edib. Rəqiblərindən üstün oyun nümayiş etdirən “Tornado” komandası yarışın qalibi olub. Komanda üzvlərinə diplom və hədiyyələr təqdim edilib.

 

Избранный
16
azertag.az

1Источники