RU

“Tarixdə bu gün” - Xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edilib

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

29 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

29 yanvar Nüvə Silahı Əleyhinə Səfərbərlik Günüdür:

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2001-ci il noyabrın 5-də qəbul etdiyi qərarı ilə yanvarın 29-nu Nüvə Silahı Əleyhinə Səfərbərlik Günü elan edib. Həmin təqvim hər il yanvarın 28-29-da 1985-ci ildə Hindistanın paytaxtı yeni Dehlidə qəbul edilmiş Dehli Bəyannaməsinin ildönümü kimi qeyd olunur.

 

Bəyannamədə nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırış edilib. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.

 

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb:

 

Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsədov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşini tapmaq mümkün olmayıb.

 

"MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun nəşi isə tapılmayıb.

 

29 yanvar 1896-cı ildə Amerika fiziki Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib.

 

29 yanvar 2011-ci ildə Əməkdar rəssam Ənvər Qarayev vəfat edib:

 

Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

Избранный
29
17
azedu.az

10Источники