RU

Müşahidəçi: Səsvermədə indiyə qədər hər hansı qanun pozuntusu qeydə alınmayıb

Bakıda 35 saylı Xətai üçüncü seçki dairəsinin 9 saylı məntəqəsində seçki prosesi şəffaf keçirilir.

Bunu "Report"a açıqlamasında məntəqəsinin müşahidəçisi Ziyafət Bağırova deyib.

O, əvvəlki seçkilərdə də məntəqədə müşahidəçisi qismində iştirak etdiyini xatırladıb:

"Əvvəlki seçkilərdə olduğu kimi indi də məntəqədə fəallıq müşahidə olunur. Proses şəffaf keçirilir, seçicilərin rahat səs verməsi üçün hər bir şərait yaradılıb. Məntəqədə hər yaşdan seçici var. Səsvermə prosesində indiyə qədər hər hansı bir qanun pozuntusu qeydə alınmayıb".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.

Избранный
7
11
report.az

6Источники