RU

"Brend tələbə" ölkə üzrə ən yüksək nəticə əldə etdi 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) IV kurs tələbəsi Röya Qasımova ACCA F7-nin (Financial Reporting) dekabr sessiyası üzrə 95%, ölkə üzrə ən yüksək nəticə göstərərək “Prizewinner” mükafatına layiq görülüb.

Universitetdən AzEdu.az-a bildirilib ki, mükafat ACCA fənlərindən birində ölkə və ya region üzrə ən yüksək nəticə əldə edən tələbəyə verilir. ACCA F7 isə maliyyə hesabatlarının hazırlanması və analizinə dair yüksək səviyyədə bilik və bacarıq tələb edən beynəlxalq imtahandır.

 

Qeyd edək ki, R.Qasımova AzEdu.az-la universitetlərin birgə təşkilatçılığı əsasənda seçilən "Brend tələbə"lərdən biridir. 

Tələbəyə uğurlar arzu edirik! 

Избранный
19
azedu.az

1Источники