RU

Bəzi iphone modellərində WhatsApp işləməyəcək

iPhone üçün WhatsApp-ın hazırkı beta versiyası artıq iOS-un köhnə versiyaları ilə işləyən Apple smartfonları tərəfindən dəstəklənmir. Bu barədə WABetaInfo portalı məlumat yayıb.


TestFlight-da 25.2.10.72 nömrəli iOS üçün WhatsApp-ın beta versiyasında tətbiq iOS 15.1 və daha yuxarı versiyanı tələb edir. Həmçinin qeyd edilir ki, köhnəlmiş əməliyyat sistemi ilə işləyən smartfonlar 2025-ci il mayın 5-dən etibarən messencer tərtibatçıları tərəfindən dəstəklənməyəcək.


Belə ki, messencerin və WhatsApp Business-in standart versiyasının istifadəçiləri proqramdan istifadə edə bilməyəcəklər: dəstəyin bitməsi ilə əlaqədar onlar mesaj göndərə və qəbul edə, həmçinin zəng edə bilməyəcəklər.


Əgər "iOS versiyası” sətri 15.1 və daha yüksək versiyanı göstərirsə, messencer yenilənəcək və problemsiz işləyəcək. Əks halda, WhatsApp-dan istifadəni dayandırmalı, mümkünsə iOS-u yeniləməli və ya daha müasir iPhone almağı düşünməli olacaqsınız.


5 may 2025-ci il tarixindən qüvvəyə minən məhdudiyyət iOS 14 və daha aşağı versiyalarla işləyən iPhone 6, iPhone 6 Plus, iPhone 5s və daha əvvəlki modellərin istifadəçilərinə şamil edilir.
 
Aytac 

www.anews.az
Избранный
8
4
anews.az

5Источники