Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
"Bizdə gündəm artıq təsdiqlənib və Avrasiya komissiyasının şurasında razılaşdırılıb, bu kimi məsələlər burada qaldırılmayacaq", - deyə o bildirib.
Qeyd edək ki, Avrasiya hökumətlərarası şurasının növbəti iclası 30-31 yanvar tarixlərində Almatıda keçiriləcək. Toplantıda birlik ölkələrinin makroiqtisadi göstəricilərinin nəzərdən keçirilməsi, Aİİ dövlətlərinin fond bazarlarında brokerlərin qarşılıqlı iştirakı ilə bağlı sazişin imzalanması nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31