"Feyenoord"un fanatları sevimli komandalarının Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində "Lill"ə qarşı oyununu stadiondan izləyə bilməyəcəklər.
Fanat.Az xəbər verir ki, informasiyanı “Reuters” yayıb.
Xəbərə görə, niderlandlı azarkeşlərin Lill şəhərinə girişi yasaqlanıb. Bu qadağa qonaq tərəfdarlarla Fransa polisi arasında toqquşma riski səbəbindən tətbiq edilib.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunun matçı bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.