Vaşinqtonun Reyqan Milli Hava Limanında sərnişin təyyarəsi ilə “Blackhawk” helikopteri toqquşub.
Bu barədə “CNN“ məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.
“NBC News”un məlumatına görə, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.
“Reuters“ isə helikopterdə üç hərbçinin olduğunu bildirib.
FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur./APA
Tarix: 30 Yanvar 2025, 08:27