RU

"Hepsiburada"nın Qazaxıstan şirkətinə satışı tamamlanıb

Qazaxıstanın rəqəmsal alış-veriş platforması "Kaspi.kz", "Hepsiburada"nın sahibi olan "D-Market" şirkətinin əsas səhmlərinin alışını başa çatdırıb.

Marja xəbər verir ki, bu barədə "Kaspi.kz" məlumat yayıb.

Kaspi.kz 2024-cü il oktyabrın 18-də "D-Market"in 65,41 faizini 1,13 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlamışdı. 

Açıqlamada 1,13 milyard dolların 600 milyon dollarının sövdələşmənin bağlanışında, 526,9 milyon dollarının isə bağlandıqdan sonra altı ay ərzində ödəniləcəyi bildirilmişdi. 

"Kaspi.kz"nin baş direktoru və həmtəsisçisi Mixeil Lomtadze alışla bağlı açıqlamasında bunları deyib:

“Hepsiburada" kimi Türkiyənin aparıcı e-ticarət şirkətlərindən biri ilə güclərimizi birləşdirdiyimiz üçün çox həyəcanlıyıq. Auditoriyamızı 100 milyon nəfərə çatdırmaq "Kaspi.kz" üçün əsas strateji prioritet idi.

"Hepsiburada" idarəetmə komandasının "nəyin bahasına olursa olsun böyümə" yanaşmasından "daha çox gəlirli böyüməyə" diqqət yetirdiyini görürük. Qarşıdakı dövrdə "Kaspi.kz" və "Hepsiburada" komandalarının bilik və texnologiyalarını birləşdirərək uzunmüddətli perspektivdə sürətli və davamlı gəlirliliyə nail olmağı hədəfləyirik”.

Hepsiburada
Избранный
8
marja.az

1Источники