RU

"Qarabağ" Avropa Liqasında sonuncu oyuna çıxır

"Qarabağ" UEFA Avropa Liqasında bu gün Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək.

Titul.az xəbər verir ki, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.

Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VIII tur

30 yanvar

00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"

Baş hakim: Radu Petresku.

Pirey. Georgios Karaiskakis stadionu

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
4
7
titul.az

10Источники