RU

Mikayıl Cabbarov Türkiyədə Alparslan Bayraktarla görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Alparslan Bayraktar rəsmi "X" hesabında paylaşım edib.
"Azərbaycanın iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini nazirliyimizdə qonaq etdik.
Dost və qardaş ölkəmiz Azərbaycan ilə enerji sahəsində əlaqələrimizi intensiv şəkildə davam etdiririk.
Cənab Cabbarov ilə təbii qaz başda olmaqla, enerji sahəsində davam edən əməkdaşlığımızı qiymətləndirdik. İnkişaf etdirə biləcəyimiz yeni layihələrlə bağlı məsləhətləşmələr apardıq", - deyə paylaşımda bildirilib.
Избранный
41
50
oxu.az

10Источники