RU

Xüsusi hazırlıq şəhadətnamələri və sıravi heyət hazırlığı üzrə yekun imtahanlar Dövlət Dəniz və Liman Agentliyində keçiriləcək

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatlarıntərkib hissəsi olaraq xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi,yenilənməsi, eləcə də sıravi heyət hazırlığı üzrə yekun imtahanlarmərkəzləşdirilmiş qaydada Agentlikdə keçiriləcək.

Belə ki, sıravi heyət hazırlığı üzrə yekun imtahanlar 2025-ci il5 fevral, xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi vəyenilənməsi üzrə imtahanlar isə 1 mart tarixindən Agentlikdə təşkilolunacaq.

“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ) A-I/11-ci bölməsinin1-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq dənizçilərinxüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi, əvvəlkiprosedurlarından fərqli olaraq, təlimlərə qatılmadan birbaşaAgentlik tərəfindən təşkil edilən imtahanda iştirak etməklə həyatakeçiriləcək.

Xüsusi hazırlıq şəhadətnamələri və sıravi heyət hazırlığı üzrəbiliklərin yekun qiymətləndirilməsi “Dənizçilərin hazırlanmasına,onlara diplom verilməsinə və növbə çəkməyə dair” BeynəlxalqKonvensiyanın (DHDNÇ) I/8-ci qaydasına uyğun olaraq “Dənizçilərinbiliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin idarə olunmasısisteminə uyğun aparılacaq.

“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair” Beynəlxalq Konvensiyanın və BDT-nin müvafiq modelkurslarının tələblərinə uyğun tədris prosesini keçməyən müdavimlərvə dinləyicilər imtahana buraxılmayacaqlar.

Dənizçilər qeyd olunan yeniliklərlə bağlı Agentliyin Çağrımərkəzinə ((012) 497 44 05) zəng etməklə, eləcə də [email protected] e-poçt ünvanınamüraciət göndərməklə ətraflı məlumat əldə edə bilərlər.

Yeni qaydaların tətbiqi ilə dənizçilik sahəsindəkifəaliyyətlərin effektivliyinin artırılması, xüsusi hazırlıqşəhadətnamələrinin verilməsi, yenilənməsi prosesinin daha sürətlivə səmərəli təşkili, şəffaflığın təmin edilməsi, həmçinintəlim-tədris mərkəzlərinin rəqabət qabiliyyətlərinin artırılmasıilə dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi nəzərdətutulur.

Избранный
21
3
az.trend.az

6Источники