RU

PAŞA Holding-in dəstəyi ilə həyata keçirilən "Founders Academy" proqramının 3-cü dalğasına qeydiyyat açılır!

Bakı. Trend:

PAŞA Holding-in dəstəyi, İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin təşəbbüsü və Future Education-un təşkilatçılığı ilə"Founders Academy" proqramının 3-cü dalğası başlayır.

Sözügedən proqramın məqsədi mövcud və ya gələcək startapqurucularına, eləcə də texnologiya və innovasiya sahəsində inkişafetmək istəyənlər üçün xarici startaplarda iş təcrübəsi əldə etməkvə praktiki biliklər qazanmağa dəstək olmaqdır.
Cari proqram Bakıda baş tutacaq 2 günlük "bootcamp" və ardıncaxarici startaplarda 3-6 aylıq intensiv təlimdən və təcrübəproqramından ibarətdir. Bu unikal təcrübə iştirakçılara praktikibiliklər qazanmaqla yanaşı, Avropanın ən perspektivli startaplarınatöhfə vermək şansı yaradacaq.

Qeyd edək ki, nəqliyyat və qonaqlama xərcləri təşkilatçılartərəfindən tam təmin olunacaq.

Proqrama bu keçid vasitəsi ilə muraciət edə bilərsiz - https://airtable.com/appC60haCftMEYgQ4/pag2iziWvkWfIAWHL/form

Son müraciət tarixi: 15.02.25

Məqalədə:
Избранный
33
2
az.trend.az

2Источники