"Sumqayıt" növbəti qış transferini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" Ronaldo Vaskes Juniorla heyətlərini gücləndiriblər. 25 yaşlı hücumçunun son klubu Boliviyanın "Quabira"sı olub. Dominikanalı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.
Vaskes karyerası ərzində 110 oyuna çıxaraq 20 qol vurub və 7 qolun ötürməsini edib. O, Sumqayıt təmsilçisində 23 nömrəli formanı geyəcək. Ronaldo Junior karyerası boyunca yetirməsi olduğu "Atletiko Pantoxa" (Dominikan Respublikası) ilə yanaşı "Hapoel" (Tel-Əviv, İsrail) və "Quabira" (Boliviya) klublarında da çıxış edib. O, 41 dəfə formasını geydiyi vətəni Dominikan Respublikasının milli komandasında 6 qol vurmağa da müvəffəq olub.
Xatırladaq ki, daha öncə "Sumqayıt" Momo Yansaneni transfer edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта