RU

Çin Pentaqondan 10 dəfə böyük Hərbi Komandanlıq Mərkəzi tikir

Çin Pentaqondan 10 dəfə böyük Hərbi Komandanlıq Mərkəzi tikir

Financial Times peyk şəkillərinə və kəşfiyyat mənbələrinə istinadən xəbər verir ki, Çin ordusu 2024-cü ildən Pekinin cənub-qərbində dünyanın ən böyük hərbi komandanlıq mərkəzi kompleksini inşa edir.

AzPost bildirir ki, məlumatda onun ölçülərinin Amerika Pentaqonundan on dəfə böyük olacağını qeyd olunur.

Kompleksdə ölkənin yüksək vəzifəli şəxsləri üçün bunkerlər yerləşəcək.

Nəşr yazır ki, peyk görüntüləri Pekindən 30 kilometr cənub-qərbdə təxminən 1500 akr (6 kvadrat kilometrdən çox) tikinti sahəsini göstərir .

Pentaqonun obyekti yaxından izlədiyi bildirilir. Hərbi analitiklər gələcək binanı “Pekin Hərbi Şəhəri” adlandırıblar. Hələlik orada heç bir fəaliyyət yoxdur, lakin pilotsuz təyyarələrin uçmaması və ya fotoşəkil çəkməməsi barədə xəbərdarlıq işarələri var.

Xatırladaq ki,  Çin ABŞ-ın son hərbi qırıcıları üçün əhəmiyyətli təhlükə yarada biləcək gizli hipersəsli hava-hava raketinin son sınaqlarını başa çatdırıb. 

Layihədə iştirak edən elm adamları bu sinifdən olan Çin silahlarının istiliyə davamlılığını yoxlamaq üçün ekstremal uçuşlardan keçdiyini bildiriblər.

 

Избранный
8
3
azpost.info

7Источники