Azərbaycan futzal millisi bu gün Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, 5-ci qrupda yer alan yığma Xorvatiya seçməsi ilə qarşılaşacaq. Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan seçməsi əsas mərhələdə keçirdiyi ilk matçda İsveçlə 3:3 hesablı heç-heçə edib.