Bu gün futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas mərhələsində ikinci matçına çıxacaq.
5-ci qrupda yer alan millimiz Xorvatiya yığması ilə qarşılaşacaq. Matç Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
AVRO-2026-nın əsas seçmə mərhələsi
V qrup
31 yanvar
22:15. Xorvatiya - Azərbaycan
Hakimlər: Viktor Bugenko (Moldova), Qrigori Oşomkov, Yagnar Yakobson (hər ikisi Estoniya)
Timekeeper: Dino Kramar (Xorvatiya)
Hakim-inspektor: Perri Qautye (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
Mate Parlov İdman Mərkəzi
1 | Yunanıstan | 1 | 1 | 0 | 0 | 4-1 | 3 |
2 | Azərbaycan | 1 | 0 | 1 | 0 | 3-3 | 1 |
3 | İsveç | 2 | 0 | 1 | 1 | 4-7 | 1 |
4 | Xorvatiya | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
İdman.biz