Bu barədə Aktual.az-a AZSTANDART-dan bildirilib.
Bu dövlət standartları pambıq mahlıcının təsnifat cihazlarından istifadə etməklə rəng, tullantı, mikroneyr göstəricisi, yuxarı orta uzunluq, uzunluğa görə bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı, eləcə də pambığın sınağı üçün standartlaşdırılmış alətlərdə (SITC) nepslər (düyünlər), o cümlədən polyarizasiya işığında və nümunənin havakeçirmə qabiliyyətinə görə yetişkənlik əmsalının müəyyənləşdirilməsi metodlarını təyin edir.
Sözügedən standartlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutunun bazasında təsis olunmuş "Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.