RU

Şirvanda “kombi”oğruları həbs edildi - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki fərdi evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manan olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
36
8
avtosfer.az

10Источники