RU

Ağcabədidə evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb, cinayət işi açılıb - Təfərrüat - Siyahı - Yenilənib

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb....

Poliqon xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, iki nəvəsi və gəlini həyatını itirib. Onların üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

***

Ağcabədidə partlayış zamanı ölənlərdən 3-ü azyaşlıdır.

"Report"un əldə etdiyi məlumata görə, hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli ölüb.

***

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report" xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırm aparılır.

***

Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Bu barədə məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib.

"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı deyilir.

Faktla bağlı araşdırma başlanıb.

Poliqon.info

Избранный
38
49
poliqon.info

10Источники