RU

Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı

Ağcabədi. Trend:

Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayışolub.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə başverən əl qumbarası partlayış zamanı həyatını itirən Şamiq Quliyevinqardaşı Murad Quliyev deyib.

"Hadisə yerinə gəlib çatdığım an təcili tibbi yardım yaralılarıaparırdı. Partlayış nəticəsində qardaşım və böyük oğlu dünyasınıdəyişib, qızı isə ayağından yaralanıb. Hadisə səhər saatlarında9-10 arası baş verib. Ətrafdakılar ilkin olaraq, qaz partlayışıolduğunu zənn ediblər. Sonradan məlum olub ki, əl qumbarasıpartlayıb", - deyə o bildirib.

Qeyd edək ki, Ağcabədidə əl qumbarası partlayıb ölən vəyaralılar var. Hindarx qəsəbəsində baş verən partlayış nəticəsində5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir).

Xəbər verildiyi kimi, Ağcabədi rayonununHindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Baş verən parlayışnəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayanşəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Məqalədə:
Избранный
30
13
az.trend.az

3Источники