RU

Çempionlar Liqasının püşkü atıldı - YENƏ GƏRGİNLİK YARANCAQ

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

News24.az xəbər verir ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edib.

İlk oyunlar 17-24-cü yer sahiblərinin, cavab matçları 9-16-cı pillələri tutanların stadionunda keçiriləcək. Bu raundun mərkəzi oyunu “Mançester Siti” və “Real” arasında olacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

“Brest” - PSJ

“Brügge” – “Atalanta”

“Mançester Siti” - “Real”

“Yuventus” - PSV

"Monako” - “Benfika”

“Sportinq” - “Borussiya” D

“Seltik” - “Bavariya”

“Feyenoord” - “Milan”

Qeyd edək ki, pley-off matçları fevralın 11-12-də və 18-19-da keçiriləcək.


Избранный
16
2
news24.az

3Источники