![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/8/1/3410230d-6304-4bf3-b882-ff4f81951d34/pasinyan-yeni-yeni7a.jpg)
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin himnindəki misraların ardıcıllığını dəyişdirməyi təklif edib.
Yeniavaz.com bu barədə Ermənistanın Baş naziri bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Himnin mətnində heç bir dəyişiklikdən söhbət getmir, təklif sonuncu və ikinci kupletlərin dəyişdirilməsi ilə bağlıdır. Belə ki, bununla da himnimiz “Ermənistan həmişə şöhrətlənsin” sözləri ilə bitsin. İndi isə himnimiz ölüm səhnəsinin təsviri ilə bitir və biz hələ də bunun üçün əl çalırıq”, - Paşinyan qeyd edib.
Paşinyan həmçinin qeyd edib ki, himn bitdikdən sonra alqışlar bütün ölkələrdə, hətta dövlət səviyyəsində belə adi bir hadisəyə çevrilib. Ona görə də, baş nazirin fikrincə, insanlar faciəvi itki səhnələrindən sonra deyil, Ermənistanın şöhrəti haqqında sözlərdən sonra əl çalmalıdırlar.
Qeyd edək ki, Paşinyan həmçinin bir neçə dəfə işarə edib ki, gerbdə Ağrı dağının olması yanlış kodlar ehtiva edir, çünki o, Türkiyə ərazisində yerləşir.