RU

Azərbaycanın U-17 millisi yoxlama oyunları keçirəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 1-4 fevral tarixlərində Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyununda gücünü sınayacaq.

Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Избранный
40
8
cbcsport.az

10Источники