RU

“Fənərbağça” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı, 1 fevral, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandası serbiyalı futbolçu Oqnyen Mimoviçin transferini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Serbiya təmsilçisi "Srvena Zvezda"dan transfer edilən 20 yaşlı müdafiəçi ilə 4 il 6 ay müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu Serbiya klubunun heyətində bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Избранный
43
7
azertag.az

9Источники