RU

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Bu gün saat 06:00-dan etibarən təmir-tikinti işləri ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

www.anews.az
Избранный
36
45
anews.az

10Источники