Bu gün saat 06:00-dan etibarən təmir-tikinti işləri ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
www.anews.az