RU

Ötən il Şəkidə avtomobil nəqliyyatı ilə 26,3 milyon sərnişin daşınıb - FOTO

Nəqliyyat sistemi ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Bu sistem ölkəmizin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən sahələrdən biri olmaqla ilbəil inkişaf etməkdədir. SİA xəbər verir ki, 2024-cü ildə rayon əhalisinə 10 milyon 891,3 min manatlıq nəqliyyat xidmətləri göstərilib. Bu, əvvəlki illə müqayisədə 642,2 min manat çoxdur. Xidmətlərin 1 milyon 600,7 min manatı nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 9 milyon 290,6 min manatı isə fiziki şəxslərin payına düşüb.

Ötən il Şəkidə daxili sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 26 milyon 358 min sərnişin, 1 milyon 745 min ton yük daşınıb. Sərnişinlərin sayı əvvəlki illə müqayisədə 2 milyon 169 min nəfər, yükdaşımalar isə 99 min ton artıb.

Hazırda rayon əhalisinə 3 nəqliyyat müəssisəsi və “Şəki-Avtovağzal” Açıq Tipli Səhmdar Cəmiyyəti xidmət göstərir. Rayonun nəqliyyat və anbar təsərrüfatında 117 işçi çalışır.

Избранный
24
1
sia.az

2Источники