RU

Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib

Meşəbərpa tədbirləri çərçivəsində bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.

Bunu "Report"un Şimal bürosuna Quba regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışov bildirib.

 Elvin Baxışov
Elvin Baxışov

O deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq palıd, cökə, Eldar şamı və qoz tingi əkilib: "Şimal bölgəsi ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri bundan sonrada davam etdiriləcək ".

Qeyd edək ki, Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində ağac əkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, yerli rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Избранный
42
8
report.az

10Источники