COVID-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması ilə bağlı iddiaların təsdiqlənmiş fakt olduğu məlumdur.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt açıqlama verib.
O, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) COVID-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair son açıqlamasını qiymətləndirib:
"Bu faktı Amerika xalqına açıqladığı üçün (MKİ direktoru) Con Ratkliffi təbrik edirəm. Bayden administrasiyasının bu məsələ ilə bağlı faktları Amerika xalqına izah etmək şansı var idi, lakin nədənsə bunu seçmədilər. İndi bilirik ki, bu, təsdiqlənmiş bir faktdır. Bunun ortaya çıxması uzun illər çəkdi, lakin prezident Donald Trump bu barədə haqlı idi”.