Səsləndirilən iddiaların doğru olub-olmadığını araşdırmaq qərarına gəldik və nəticə bizi vəkil Adəm Məmmədovun bu cür “əməlindən” zərər çəkənlərdən olan Abasov Şirin Tarış oğlu ilə qarşılaşdırdı.
KONKRET.az-a açıqlama verən Şirin Abbasov elə ilk telefon danışığımızda vəkil Adəm Məmmədovun ondan 30 min manat pul aldığını iddia edib:
“Oğlum avtoqəza keçirmişdi. Rayon məhkəməsində ona 4 il 9 ay olmaqla məntəqə tipli cəza verildi. Ancaq avtoqəza nəticəsində ölən şəxsin varisi ilə barışıq olmadığı üçün Adəm Məmmədov oğluma zəng edərək onu yanına çağırıb. Bildirib ki, 30 min manat pul verilməlidir ki, Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlasın. Oğlum da məcbur qalaraq 30 min manatı Adəm Məmmədova verib. Bundan sonra Apellyasiya Məhkəməsində 3 iclas keçirilib. Dördüncü iclasda isə Adəm Məmmədov oğluma bildirdi ki, məhkəməyə gəlməsin. Məqsəd o idi ki, oğlum barəsində axtarış elan olunsun və tapılana qədər vaxt udsun, işi həll etsin. Lakin bir ay yarım keçəndən sonra oğlumu tutaraq “Kürdəxanı”ya göndərdilər. On iki gündən sonra Apellyasiya Məhkəməsi keçirildi və oğluma 5 il 6 ay iş kəsdilər. Belə olan halda Adəm Məmmədovdan pulumu geri verməsini tələb etdim. Barəsində şikayətlər verdim və aidiyyatı qurumlara müraciətlər ünvanladım. Bundan sonra məni otağına çağıraraq barəsində etdiyim şikayəti geri götürməyimi istədi və oğlumu bəraət və ya məntəqə tipli cəza ilə həbsdən çıxaracağına söz verdi. Məni arxayın etdiyi üçün razılaşdım və şikayətimi geri götürdüm. Ancaq Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra mən Adəm Məmmədovdan pulumu geri tələb etsəm də, məhəl qoymadı. “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” deyərək çıxıb getdi. Sonra oğlumu Binəqədi Rayon Polis İdarəsində Adəm Məmmədovla üzləşdirdilər. Oğlum onu öz əli ilə pul verdiyini bir daha təsdiqlədi. Hazıda Binəqədi Rayon Prokurorluğunda Adəm Məmmədov barəsindəki şikayətimə baxılır. Ancaq hələlik heç bir nəticə yoxdur”, – deyə Şirin Abbasov vurğulayıb.
6Источники
-
ulusum.az"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA ( 15202879)
-
konkret.az“Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” – Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA – YENİLƏNİB ( 15201037)
-
xezernews.azVəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA ( 15190677)
-
demokrat.az"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" — Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA ( 15188991)
-
pravda.az"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA ( 15188611)
-
konkret.az“Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” – Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA ( 15188045)