RU

“Neftçi” uduzdu, “Şəki”nin 8 oyunluq seriyası qırıldı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda NTD və “Neftçi” komandaları qarşılaşıblar. Turun qrupdakı son görüşü Tahir Baxşiyevin komandasının qələbəsi ilə başa çatıb. Son oyunlarda inamlı təsir bağışlayan NTD rəqibini 5 top fərqilə məğlub edib.

B qrupunda isə 13-cü turun ilk matçı baş tutub. “Şəki” “Sumqayıt”la üz-üzə gəlib və 8 ardıcıl qələbədən sonra məğlubiyyətə üzülüb.

Tura fevralın 2-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
13-cü tur
1 fevral

B qrupu

NTD – “Neftçi” 105:100 (31:23, 20:26, 25:33, 29:18)
Sərhədçi İdman Mərkəzi.

Xallar: Sabah – 23. Naxçıvan – 22. Abşeron – 19. Sərhədçi – 18. Neftçi – 18. NTD – 17.

B qrupu

“Şəki” – “Sumqayıt” 93:98 (19:21, 20:24, 30:22, 24:31)
Şəki Olimpiya İdman Kompleksi.

Xallar: Şəki – 23. Gəncə – 21. Ordu – 20. Sumqayıt – 18. Quba – 15. Lənkəran – 14.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
61
15
arena.az

10Источники