RU

“Sumqayıt”ın baş məşqçisi: “40 yaşlı Kitayev qəhrəmanlıq göstərdi”

“Bizim üçün çox çətin oyun oldu”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasının XIII turunda “Şəki” ilə qarşılaşmadan sonra deyib.

O bildirib ki, rəqib çox yaxşı komandadır: “Onların komplektləşmiş heyəti var. Qrupumuzun da lideri idilər. Amma biz bu matça çox yaxşı köklənmişdik. Hədəfimiz pley-offdur. Bu gün 40 yaşlı Aleksey Kitayev qəhrəmanlıq göstərdi. O, 4-cü periodda Saadettin Donatı əvəzləyərək 7 dəqiqə ərzində 10 xal topladı və bu da bizim üçün dönüş nöqtəsi oldu. Uşaqların hamısına alqış düşür".

Qeyd edək ki, “Sumqayıt” “Şəki”yə 98:93 hesabı ilə qalib gəlib.

İdman.biz

Избранный
58
2
idman.biz

2Источники