RU

"Sonuncu hücum yekunlaşsa, bəlkə biz qol vura bilərdik" - Cavid Hüseynov

“Səbail” Misli premyer-liqasının 21-ci turunda “Turan Tovuz”la heç-heçə etdi - 1:1

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Cavid Hüseynov mətbuat konfransında görüş haqda fikirlərini bildirib.

- Tovuzda olmaq mənim üçün çox xoşdu. Rəqib komandanın baş məşqçisi kimi deyə bilərəm ki, tovuzlu azarkeşləri çox sevirəm. Futbolçu vaxtı ilk addımlarımı burda atmışam, məşqçi kimi də burda çalışmışam. Həddən artıq güclü komandaya qarşı oynayırdıq. Transferlər kollektivin gücünə güc qatıb. Rəqibi ciddi təhlil etmişdik. İki fərqli hissə oynadıq. Qələbə qazanmağı çox istəyirdik. Amma 1 xalla dönürük. Səhvlərimiz var. Onların üzərində işləyəcəyik.

- Rüfət Abdullazadə son iki matçda start heyətində yer almır. Onu gizli silah kimi istifadə edirsiz?
- Xeyr, gizli silah deyil. Sadəcə zədəsi var idi, risk etmək istəmirdik. Formadan düşdüyü üçün onu sonradan meydana buraxdıq.

- Əsas rəqibiniz "Kəpəz" də qələbələr qazanır. Bu rəqabət sizi narahat etmir?
- Rəqabətə hər zaman hazır olan insanam. Komandanı buna görə kökləməyi xoşlayıram. Çəkinmirik. Oyun baxımından inkişaf edirik. O zaman narahat olaram ki, oyun baxımından heçnə etmirik. Hələ qarşıda 15 tur var. İnanıram ki, yuxarı pillələrdə ola bilərik.

- Fiziki baxımdan çatışmazlıqları aradan qaldıra bilərsiz?
- Bunu siz daha yaxşı görə bilirsiz. 90-cı dəqiqədə ayağını tutub yerdə qalan futbolçumuz yoxdu. Hakimin ikinci hissəyə 3 dəqiqə əlavə etməsini doğru hesab etmirəm. VAR-a baxılıb, əvəzetmələr olub, rəqib azlıqda qalıb. Otuz saniyənin və bir dəqiqənin bizim üçün önəmi böyükdü. Oyunda fasilələr oldu, üç dəqiqə çox az idi. Sonuncu hücum yekunlaşsa, bəlkə biz qol vura bilərdik. Ona belə imkan vermədi.

ƏSƏD SEYİDOV

Избранный
34
7
football-plus.az

9Источники