RU

Misli Premyer Liqası: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib

Misli Premyer Liqasının XXI turunda "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib.

Sumqayıt şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

"Araz-Naxçıvan" 43 xalla turnir cədvəlində ikinci, "Sumqayıt" isə 22 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Избранный
91
5
cbcsport.az

10Источники