![Rusiyalı](https://ulusum.az/uploads/posts/2025-02/46bbf1a95d_rian_6293502_hr-pic_32ratio_900x600-900x600-22627.webp)
"Rusiyalı onkoloqlar xərçəngin müalicəsində yeni bir mərhələyə qədəm qoyublar – artıq xəstələrə orqan transplantasiyası tətbiq olunur". “Ulusum”.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko danışıb.Nazirin sözlərinə görə, bu metod dünyada yeni yayılmağa başlayan perspektivli yanaşmalardan biridir. Xüsusilə qaraciyəri zədələnmiş xəstələr üçün orqan transplantasiyası həyat xilas edən bir üsul ola bilər."Rusiya Səhiyyə Nazirliyinin bir federal mərkəzində bu metod artıq tətbiq edilir və 2025-ci ildə belə əməliyyatların sayını artırmağı planlaşdırırıq", – deyə Muraşko bildirib.Bundan əlavə, o qeyd edib ki, hazırda xərçəngin erkən diaqnostika səviyyəsi 61%-ə çatıb ki, bu da xəstələrin tam sağalmaq şansını əhəmiyyətli dərəcədə artırır.Səidə
Diqqət Çəkənlər
ABŞ-da yeni genipavirus aşkarlanıb
Filadelfiyada təyyarə qəzasının təfərrüatları məlum olub
Böyük Britaniya Ukraynadan gələn qaçqınların uşaqlarını qəbul edəcək