RU

Sam Altman: "OpenAI" tarixin səhv tərəfindədir

"OpenAI" tədqiqatçıları, mühəndisləri və rəhbərləri cümə günü keçirilən genişmiqyaslı "Reddit" sessiyasında istifadəçilərin suallarını cavablandırıblar.  

Valyuta.Az xəbər verir ki, şirkətin baş icraçı direktoru Sam Altman, açıq mənbə hərəkatı ilə bağlı bir suala cavab olaraq, şirkətinin "tarixin yanlış tərəfində" olduğunu bildirib.  

"ChatGPT"ni inkişaf etdirən süni intellekt şirkəti "OpenAI" son günlərdə ciddi rəqabətlə üzləşib. Çinli "DeepSeek" startapının yeni modelləri "OpenAI"nin ən inkişaf etmiş "ChatGPT" versiyalarından biri olan "o1" modelinə rəqib olub. Üstəlik, Çin şirkəti bunu daha az xərc və çip istifadəsi ilə reallaşdırdığını iddia edir.  

"DeepSeek" modellərinin açıq mənbə kimi təqdim olunması Altman və komandasına yönələn tənqidləri daha da artırıb. Belə ki, istənilən şəxs "DeepSeek" modellərinin kodlarına çıxış əldə edə və bu kodlardan istifadə edərək böyük dil modellərini ("LLM") fərdiləşdirə bilir. Digər tərəfdən, "OpenAI" "o1" modelini qapalı şəkildə bazara çıxarmış və hazırda bu texnologiyanı istifadəçilərə aylıq 20-200 dollar arasında dəyişən ödənişlə təqdim edir.  

"Reddit" tədbirində istifadəçilərin "DeepSeek" ilə bağlı suallarına cavab verən Altman, Çin şirkətinin "OpenAI"nin süni intellekt sektorundakı liderliyini sarsıtdığını etiraf edib və "OpenAI"nin texnologiyalarını açıq mənbə halına gətirməmək qərarının "tarixin yanlış tərəfində" olduğunu düşündüyünü bildirib.  

Keçmişdə "OpenAI" bəzi modellərini açıq mənbə kimi təqdim etsə də, ümumilikdə şirkət patentli və qapalı mənbə əsaslı inkişaf strategiyasına üstünlük verir.  

"TechCrunch" xəbər verir ki, Altman bu mövzuda belə deyib: "Fərqli bir açıq mənbə strategiyası tapmalı olduğumuzu düşünürəm."

Bununla belə, o əlavə edib ki, ""OpenAI"da hər kəs bu fikri bölüşmür və bu, hazırda bizim üçün ən yüksək prioritet deyil. Gələcəkdə daha yaxşı modellər hazırlayacağıq, lakin əvvəlki illərlə müqayisədə daha az üstünlük əldə edəcəyik."

Rəhim

Избранный
27
valyuta.az

1Источники