RU

Los-Ancelesdə baş konsulumuz qazaxıstanlı həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib.

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.


Bizim.Media

Избранный
10
5
bizim.media

10Источники