İclasda Koalisiya sədrinin müavinini Şəmsəddin Əliyev, Ramil İskəndərli, Gülayə Quliyeva, Kəmalə Aşumova, Mahirə Əmirhüseynova, Südabə Məmmədova, Kübra Ələkbərova, Ağamirzə Bağırov, Zenfira Mustafayeva, Zaur İbrahimli öz fikirləri və təkliflərini səsləndiriblər.
“İnsan alverinə qarşı mübarizə haqqında” qanun, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)” ilə əlaqədar praktikadan irəli gələn, zəruri hesab edilən mümkün dəyişikliklər müzakirə edilib. Xüsusən insan alverinin qurbanı uşaqlarla əlaqədar indikatorlara yenidən nəzər salınması, rəqəmsal cəlbetmə və istismarla əlaqədar indikatorların işlənilməsi, insan alverinin potensial qurbanlarının dairəsinin genişləndirilməsi, cəzaların sərtləşdirilməsi ətraflı müzakirə edilib.
M.Zeynalova bildirib ki, İşçi qrup müntəzəm işləyəcək və hazırlanmış təkliflər maraqlı tərəflər müzakirələrdən sonra Koalisiya adından müvafiq dövlət orqanına təqdim edilib müzakirə aparılacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта