RU

582 ilə qədər həbs oluna bilərdi - Həyatına son qoydu

Türkiyənin Antaliya şəhərində “Yenidoğulan dəstəsi” işi üzrə müttəhimlərdən biri olan həkim İlker Gönen cəzaçəkmə müəssisəsində intihar edərək həyatına son qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, cinayət qruplaşmasının rəhbərlərindən biri kimi tanınan Gönen saat16:00 radələrində canına qəsd edib.

Qeyd edək ki, aparılan araşdırmalarla “Yenidoğulan dəstəsi” körpələri İstanbuldakı müqaviləli xəstəxanalara göndərərək qəsdən yanlış müalicə etdikləri və səhlənkar davranışları nəticəsində 10 körpənin ölümünə səbəb olduqları üçün saxlanılıb. Təşkilatın rəhbərləri həkim Fırat Sarı və İkler Gönen, 5 həkim, 3 tibb bacısı, 5 tibb işçisi və 1 mülki şəxs həbs edib.

Əlavə edək ki, Gönen barəsində 177 il 6 aydan 582 il 9 aya qədər həbs cəzası istənilmişdi.

Избранный
8
6
qafqazinfo.az

6Источники