RU

Türkiyədə 100-ə yaxın hotel bağlandı

Türkiyənin Aralıq dənizi sahillərində yerləşən Muğla vilayətində tənzimləyici orqanların yoxlamalarından sonra 100-ə yaxın hotel qanun pozuntularına görə bağlanıb və möhürlənib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli hökumət orqanlarına istinadən NTV telekanalı məlumat yayıb.

Məlumata görə, 503 mehmanxana və qonaqlama obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Turizm Nazirliyinin yaydığı qərar əsasında Türkiyə hotellərində yoxlamalar aparılır.

Избранный
56
7
demokrat.az

10Источники