"Gürcüstan çox dərin siyasi böhran içindədir".
Parol.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O bildirib ki, bu acınacaqlı vəziyyətdən çıxmaq gürcülərin üzərinə düşür.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
“Biz Gürcüstanın uğurunu çox istəyirik. Biz Gürcüstana namizəd statusu vermək qərarına gəldik və Gürcüstanın ən qısa zamanda Avropa İttifaqına tamhüquqlu üzv olmasını təmin etmək üçün digər namizəd ölkələrə qoşulacağını gözləyirdik, lakin namizəd statusunu aldıqdan sonra Gürcüstanda bir çox neqativ hallar baş verdi", - deyə Pavel Herçinski bildirib.