RU

Rusiyada otel kompleksinin direktoru güllələnib

Rusiyanın Kamçatka vilayətində otel kompleksinin baş direktoru öz kabinetində güllələnib.

Ucnoqta.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaq müəyyən edib ki, bazar ertəsi Petropavlovsk-Kamçatskinin Karl Marks küçəsində yerləşən otel kompleksinin həmtəsisçisi olan 67 yaşlı kişi 45 yaşlı rəqibini düşmənçilik zəminində başından güllələyib. 
 Bundan sonra o, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı cinayət işi açılıb. 

Şübhəli şəxs hazırda saxlanılıb.///tass

Избранный
12
ucnoqta.az

1Источники