RU

Türkiyə Suriyada hərbi bazalar quracaq? - "QƏFİL HÜCUM EDİLƏRSƏ..."

Hurriyyet.az xəbər verir ki, hökumətə yaxın olan "Türkiye" qəzetinin adı çəkilməyən ərəb mənbələrə istinadla verdiyi məlumata görə, Türkiyə Suriyada iki hərbi baza yarada və orada F-16 qırıcılarını yerləşdirə bilər.

Qəzet yazır: "Ərəb mənbələrinin verdiyi məlumata görə, yaxın zamanda Türkiyə ilə Suriya birgə müdafiə müqaviləsini imzalayacaqlar. Həmin sazişə görə, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Suriyanın Hərbi Hava Qüvvələrinin qurulması başa çatana qədər, ölkənin suverenliyinə qarşı istənilən təhlükənin qarşısını almaq üçün Türkiyə həmin bazalarda 50 ədəd F-16 qırıcısı yerləşdirəcək".

Rəsmi hakimiyyət hələ həmin məlumatla bağlı şərh verməyib.

Nəşrin yazdığına görə, Suriyanın yeni rəhbərliyi İsrail ilə sərhədə nəzarət üçün Türkiyədən radioelektron mübarizə sistemləri, radarlar, təhlükəsizlik sistemləri və PUA istəyib.

Suriyanın Müdafiə Nazirliyindəki mənbəyə istinad edən "Türkiye" nəşri yaxın zamanda ilk PUA tədarükünün baş tuta biləcəyini xəbər verib.

Hürr Tərcüman

 

Избранный
9
hurriyyet.az

1Источники