RU

Ukrayna PUA-larla Həştərxandakı zavoda hücum edib

Ukraynanın Rusiyanın Həştərxan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində qaz emalı zavodunda yanğın olub.

Bakıvaxtı.az Unian-a istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya mətbuatında yayılan bu xəbəri təsdiqləyib:

    “Bu, Rusiyanın aparıcı energetika obyektlərindən biridir. Həmin müəssisə qaz kondensatının emalı, eləcə də dizel yanacağı və digər məhsullar istehsal edir” – deyə, A. Kovalenko qeyd edib.

    Onun sözlərinə görə, energetika sektoru müdafiə sahəsinin maliyyələşdirilməsinin əsas mənbəyi olduğundan zavod Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə bilavasitə təsir göstərir.

    Избранный
    6
    6
    bakivaxti.az

    7Источники