RU

Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "X" hesabında paylaşım edib:

"Ölkələrimizin iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik.

Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr apardıq".

BƏƏ-nin investisiya naziri (@Inv_UAE), Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin #iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində #ticarət, #investisiya, energetika, kənd… pic.twitter.com/lyzSsn7cLU

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 3, 2025

Mənbə: oxu.az

Избранный
20
1
oxu.az

2Источники