RU

Ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də və 2-də ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 11,3 kiloqramdan artıq heroin, 30,9 kiloqramdan çox marixuana, 4,8 kiloqramdam artıq tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 80 ədəd psixotrop tərkibli həb olub.  

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.   

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
15
16
xalqqazeti.az

10Источники